Hafiz İsmayılbəyli

 

Azərbaycan Respublikası Hesablama Palatasının auditoru

 

 

1992-ci il yanvar ayının 22-də Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur.

 

2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin magistr pilləsinin iqtisadiyyatın tənzimlənməsi ixtisasına yiyələnmişdir.

 

Əmək fəaliyyətinə 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan MR İdarəsində mühasibi kimi başlamışdır.

 

2015-2018-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan MR İdarəsində mütəxəssis, aparıcı mütəxəssis və rəis vəzifələrində çalışmışdır.

 

2016-2018-ci illərdə Naxçıvan Dövlət Texniki Kollecində “bank işi” ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

 

2018-2019-cu illərdə  Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan MR üzrə idarəsinin rəisi vəzifəsində çalışmışdır.

 

 Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 22 oktyabr tarixli 1679-VQR nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisidir.