Vüqar Gülməmmədov

 

Azərbaycan Respublikası Hesablama Palatasının sədri

 

1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olmuşdur.
 
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini  bitirmişdir.
 
1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləmişdir.
  
1993-1997-ci  illərdə Suraxanı rayon Səhiyyə şöbəsində  baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışmışdır.
 
1997-2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Suraxanı rayon Maliyyə şöbəsinin (idarəsinin) müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis  müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis  müavini, sektor rəisi, Yasamal rayon Maliyyə idarəsinin rəis  müavini, sektor rəisi olmuşdur.
 
2007-2009-cu illərdə Azərbaycan Respublikası Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri, 2009-2013-cü illərdə isə İnvestisiyalara nəzarət şöbəsinin müdiri vəzifəsində işləmişdir.
 
22 Noyabr 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının Sədri vəzifəsinə təyin edilmişdir.
 
Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
 
Ailəlidir, üç övladı var.