Zəfər Rzayev

 

Sosial sahələrin auditi şöbəsinin müdiri

 

 

1968-ci il oktyabr ayının 11-də Ağsu rayonunun Cəlair kəndində anadan olmuşdur.

 

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun maliyyə fakültəsini  bitirmişdir.

 

1993-2008-ci  illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı, məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışmışdır.

 

2008-2014-cü illərdə Azərbaycan Respublikası Hesablama Palatasının Təhsil, elm, səhiyyə və mədəniyyət xərclərinə nəzarət şöbəsinin müdir müavini-təhsil və elm xərclərinə nəzarət sektorunun müdiri, 2015-ci  ildə Sosial sahələrin auditi şöbəsinin müdir müavini, 2016-cı ildə isə Sosial sahələrin auditi şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

 

Ailəlidir, 2 övladı var.

 

 

Sosial sahələrin auditi şöbəsinin fəaliyyət istiqamətləri:

 

  • təhsil, elm, səhiyyə və mədəniyy ət xərcləri üzrə dövlət büdcəsindən ayrılmış vəsaitin məqsədli, səmərəli və təyinatı üzrə istifadəsinə nəzarətin təşkil edilməsini və həyata keçirilməsini təmin edir;

 

  • növbəti il üçün dövlət büdcəsi haqqında qanun layihəsinə fəaliyyət istiqaməti üzrə müvafiq rəyin layihəsini hazırlayır;

 

  • dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihəsinə dair fəaliyyət istiqaməti üzrə müvafiq rəyin layihəsini hazırlayır;

 

  • Palatanın fəaliyyəti haqqında illik hesabatın hazırlanması üçün maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə şöbənin fəaliyyətini əks etdirən müvafiq materialların hazırlanmasını təmin edir;

 

  • aidiyyəti üzrə Palatanın İş planına təkliflər hazırlayır və Palatanın rəhbərliyinə təqdim edir;

 

  • təhsil, elm, səhiyyə və mədəniyyət sahələrində xərclərin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır;

 

  • müəyyən olunmuş qaydada şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq normativ hüquqi-aktların hazırlanmasını təmin edir;

 

  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.