Fazil İbrahimov

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin əsas funksiyaları:

qanunvericiliyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında dövlət büdcə-maliyyə nəzarətinin həyata keçirilməsi ilə əlaqədar vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün tədbirlər görür;

dövlət büdcə-maliyyə nəzarətinin həyata keçirilməsi üzrə təkliflər hazırlayır və müəyyən olunmuş qaydada Palataya təqdim edir;

öz səlahiyyətləri daxilində Palata ilə əlaqələndirmənin təkmilləşdirilməsinə dair təkliflər verir və Palata tərəfindən müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak edir;

Naxçıvan Muxtar Respublikasında dövlət maliyyə-büdcə nəzarəti tədbirlərinin həyata keçirilməsini təmin edir və bu istiqamətdə müvafiq işlərin aparılmasını əlaqələndirir;

Naxçıvan Muxtar Respublikasının büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qərar layihələrinin maliyyə ekspertizasını keçirir, büdcə vəsaitlərinin xəzinə hesabına daxil olmasını və istifadəsini qanunla təsdiq edilmiş göstəricilərə uyğunluğunu təhlil edir;

dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarəti həyata keçirir.

dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasının Milli Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindən və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verir;

Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrası barədə illik hesabata və müvafiq qərar layihələrinə rəy verir;

Palatanın səlahiyyətlərinə aid edilmiş məsələlərin həllində iştirak edir;

qanunvericiliyə uyğun olaraq aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verir;

qanunvericiliklə müəyyən edilmiş digər funksiyaları yerinə yetirir.