Vəfa Mütəllimova

 

İcmal-analitik şöbənin müdiri

 
 
 
1974-cü il sentyabr ayının 15-də Zəngilan rayonunda anadan olmuşdur.

1996-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini iqtisadçı-riyaziyyatçı ixtisası üzrə bitirmişdir. İqtisad elmləri üzə fəlsəfə doktoru, dosentdir.

1996-2004-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisi yanında Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə, Bakı Dövlət Universitetində müəllim işləmişdir.

2004-2007-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.

1996-cı ildən Bakı Dövlət Universitetində elmi-pedoqoji fəaliyyətlə məşğul olmuş və bu fəaliyyəti hal-hazırda davam etdirir.

2007-ci ildən etibarən Azərbaycan Respublikası Hesablama Palatasında sektor müdiri, 2008-ci ildən isə Büdcədənkənar dövlət fondlarına, sosial müdafiə və sosial təminat xərclərinə nəzarət şöbəsinin müdiri  vəzifələrində çalışmışdır.  

2014-cü ildən İcmal-analitik şöbənin müdiri  vəzifəsinə təyin edilmişdir.
 
Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 2131 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Ailəlidir. Üç övladı var.
 
 
İcmal-analitik şöbənin fəaliyyət istiqamətləri:
 
  • dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcə layihələrinə dair Aparatın struktur bölmələri tərəfindən hazırlanmış rəylər əsasında Palata üzrə yekun rəyin hazırlanmasını təmin edir;
 
  • dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə dair Aparatın struktur bölmələri tərəfindən hazırlanmış sahəvi rəylər əsasında Palata üzrə yekun rəyin hazırlanmasını təmin edir;
 
  • Palatanın fəaliyyəti haqqında illik hesabatın hazırlanması zamanı maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə struktur bölmələrdə hazırlanmış materialların ümumiləşdirilməsini təmin edir;
 
  • Palatanın İş planına əsasən aparılan maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə aidiyyəti ilkin materialların təhlili və icmallaşdırılmasını təmin edir;
 
  • Palata rəhbərliyinin tapşırığına əsasən normativ-metodiki sənədlərin hazırlanması işinin təşkili və əlaqələndirilməsini, habelə analitik informasiya işlərini həyata keçirir;
 
  • maliyyə-büdcə nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müvafiq audit standartlarını və onlara dair şərhləri, metodiki göstərişləri və tövsiyyələri hazırlayır;
 
  • dövlət büdcəsi vəsaitlərinin daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir;
 
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.